İlin Favoriti" mükafatını sahiblərinə təqdim etmək üçün sorğulara başlanılıb.
Mynews.az xəbər verir ki, SİA-ya bu haqda tədbirin təşkilatçısı Azər Bağırov məlumat verib: "Sorğular sosial şəbəkələrdə və e-poçt ünvanı vasitəsi ilə virtual formada həyata keçiriləcək. Mükafata layiq görülən namizədlər haqqında geniş informasiyalar KİV vasitəsi ilə oxuculara təqdim olunacaq. Mükafatın bu ilin aprel ayının ilk həftəsində öz sahiblərinə təqdim olunması nəzərdə tutulub. Məqsəd 2016-cü ildə həyata keçirdiyi layihələr ilə öz pərəstişkarlarını sevindirənləri, hit mahnıların müəlliflərini, istedadı ilə digər həmkarlarından fərqlənən aparıcıları, aktrisaları, modelleri, rejissorları, paroduserləri, stilistləri, KİV nümayəndələrini, iş adamlarını, biznes qrumlarını və s. digər həmkarlarından fərqləndirməkdir. Mükafat şou-biznes nümayəndələrinə, şou-bizneslə əlaqəli olan və əməkdaşlıq edən butün sahələrə, TV və radionun verilişlərinə, verilişlərin aparıcılarına, klipmeykerlərə, prodüserlərə, qəzet və internet portallarına və onların yazarlarına, model ve modelyerlərə, rəqqas və rəqqasələrə təqdim olunması nəzərdə tutulub".
Sorğularda iştirak etmək üçün "Facebook" sosial şəbəkəsində https://www.facebook.com/souprodaksn.production istifadəçi profilnə, "İnstagram"da olan @showproduction səhfəsinə və [email protected] e-poçt ünvanına namizədlərin adlarını yazmaqla qoşulmaq olar.
Qeyd edək ki, “İlin Favoriti" mükafatlandırma tədbirinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.