Müğənni Nura Suri yeni fotosessiya etdirib. Sənətçi bunun üçün sarı saçlarını qaraya boyatdırıb.
Mynews.az-ın məlumatına görə, Nura yeni görünüşündən danışıb:
“Biz bu fotosessiyanı kiminsə xoşuna gəlmək üçün yox, dəyişiklik olsun deyə etdik. Məni tanıyanlar bilir ki, 10 ildən çoxdur özüməməxsus imicim, saç düzümüm, geyim tərzim var. Həmişə insanlar niyə dəyişiklik etmədiyim barədə sual verirdilər. Mənim isə onlara cavabım eyni olurdu: “Əgər mən özümə yaraşanı tapmışamsa, bununla daha rahatamsa, niyə komfortumdan əl çəkim?”
Stilist Elnur Həsənov və fotoqraf Əlibəy Qasımovla belə qərara gəldik ki, layihə üçün dəyişiklik edək. Bu, həm də başqa bir tədbir üçün idi. Məni görənlər tanımadı. Bu da bizim istədiyimiz nəticə idi”.
Müğənni bildirib ki, bəzi insanlar onun görüntüsündən razı olmayıb:
“Bəzi izləyicilərim saçın yaraşdığını bildirsə də, digər yarı bəyənmədi. Amma dediyim kimi, layihə üçün qısamüddətli dəyişiklik idi”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub