ARB Ulduz-un "Virtual Həyat" proqramının novbəti müsahibi aktrisa Cəmilə Tağızadə olub.
- Cəmilə, öz aramızdı, gəlin köçəndən sonra geyimlərin də dəyişib. Deyəsən, həyat yoldaşın qapalı paltarlar geyinməyini istəyir?
"Görürsüz ki, geyimlərin tam olaraq dəyişib. Düzdür, mən, onsuz, da açıq-saçıq geyinmirdim. Amma daha bu qədər qapalı da geyinmirdim axı. Həyat yoldaşım sağ olsun, məni necə qapatdırdısa. Mən də elə düşünürdüm ki, ailə həyatı quracam və nağıllardakı kimi olacaq. Amma tam nağıllardakı kimi olmur da. İndi özünüz bilirsiz ki, əliniz bala batmır. Əgər istəyirsən ki, ailə həyatın xoşbəxt davam etsin, o zaman ərlə arvadın sözü bir-birinin boğazından keçməlidir".
- Cəmilə, bir ara həyat yoldaşının keçmiş xanımı sizdən şikayətçi olmuşdu və Türkiyədə hər gün sizə problem yaradırdı. Deyəsən, ara bir az sakitləşib?
"O, bizi məhkəməyə verir, biz onu məhkəməyə veririk. O, bizdən şikayət edir, biz ondan şikayət edirik. Ailə həyatımız bax bu cür davam edir. O, bizim həyatımıza "rəng qatır da". Teatrdır da, bizim üçün konsert verir.
Təsəvvür edin ki, mən özümün sosial şəbəkə hesabımda foto paylaşıram, həmin qadın məndən şikayətçi olur. Sən demə, mən onu narahat edirəmmiş. Adama deyərlər ki, sənin mənim sosial şəbəkə hesablarımda nə işin var? Özü də mən səni blok etmişəmsə.
Mən gülə-gülə danışıram. Ancaq vaxt varıydı ki, mən ağlayırdım, əziyyət çəkirdim. Həyat yoldaşma, onların ailəsinə göstərməməyə çalışırdım. Onların yanında gülürdüm. Ancaq özüm tənha otağa çəkilib ağlayırdım. Deyirdim ki, bu nə iş idi, mənim başıma gəldi?"