Müğənni Xatun rəqqasə Fatimə Fətəliyevanı döyüb.
Hadisə rəqqasəyə məxsus məkanda baş verib. Bildirilir ki, tərəflər arasında münaqişə Xatunun da xına evi açmasından sonra yaranıb:
"Xatun xına mərkəzi açandan sonra əlli faiz endirim elədi. Bu da Fatimənin xoşuna gəlmədi. Ondan sonra aralarında münasibətlər gərginləşdi. Fatimə də buna görə Xatunun qardaşı Balaşı işdən çıxardı. Dava zamanı Fatimənin qızı da ordaydı. Qız heç nəyə qarışmadı, halı pisləşdi".
Əməkdaşımız məsələylə bağlı rəqqasə Fatiməylə əlaqə saxlamağa çalışıb. Rəqqasənin telefonuna cavab verən meneceri Aytac Bayramzadə faktı təsdiqləsə də, baş verənlər barədə danışmaq istəmədiklərini söyləyib:
"Fatimə xanım bu barədə danışmaq istəmir. Elə bu cür də yazın. Çünki hər şey daxildə danışılıb, bitib. Hazırda sənət fəaliyyətinin iyirmi illiyinə hazırlaşır. Adının belə qalmaqallarda hallanmağını istəmir. Heç bir xəsarəti yoxdur".
olke.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub