Araşdırmalara əsasən evli kişilər subay kişilərlə müqayisədə daha çox yaşayırlar.
Mynews.az musavat.com-a istinadən bildirir ki, britaniyalı alimlər bunun bir neçə səbəbini müəyyən ediblər. Adətən kişilər öz səhhətlərinə qarşı kifayət qədər etinasızdırlar. Qadınlar isə əksinə, öz orqanizmlərinə qarşı daha diqqətlidirlər. Bu səbəbdən də məhz qadınlar öz həyat yoldaşlarının səhhətində bir problem gördükdə onları həkimin qəbuluna yazılmağa məcbur edirlər. Bundan əlavə, qadınlar həyat yoldaşlarını vaxtı-vaxtında dərman içməyə və həkimlərin göstərişlərinə əməl etməyə də məcbur edirlər.
İnfarkt və ya insult olmuş ailəli kişilər xəstəxanaya daha tez çatdırılırlar. Bu da onların həyat yoldaşlarının operativliyinə görə baş verir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub