Əməkdar artist Gülüstan Əliyeva ən böyük peşmanlığından danışıb.
Mynews.az xəbər verir ki, Milli.Az-a açıqlama verən əməkdar artist bunları bildirib:
"Allah həyatda heç kimi peşman etməsin. "Kaş ki"-lər hamının həyatında var və olacaq da. Təbii ki, məndə də olub. Sonradan fikirləşmişəm ki, kaş o səhvləri etməzdim. Artıq olan olmuşdu, sonrakı peşmanlığın faydası yox idi. Əslində "kaş ki" deməyin özü də bir təcrübədir. İnsan səhvləri ilə böyüyür. Həyatın fəsadlarından heç kim sığortalanmayıb" deyə əməkdar artist bildirib.
Əməkdar artist teatrdakı rollarından da danışıb:
"Opera və Balet teatrında bir çox tamaşalarda iştirak edirəm. Təbii ki, bir aktrisa kimi də bu məni sevindirir. Bizim teatrımızda çox böyük rəqabət var. Bu rəqabət hələ illər öncə başlayıb. Bu da inkişafa xidmət edir" deyə müğənni bildirib.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub