Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV-də yayımlanan “ZAURla GÜNAYdın” verilişi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
Mynews.az xəbər verir ki, MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Report”a açıqlamasında deyib ki, ATV-də yayımlanan həmin verilişdə bəzi saytların yazdığı kimi, milli dəyərlərə zidd heç nə yoxdur.
“Məsələni başqa konteksə yönəltməyə ehtiyac yoxdur və belə söhbətlər və şərhlər ayıbdır. Adi şoudur. Heç bir kanalda belə hala yol verilə bilməz və bu hala yol vermələrinə inanmıram”.
Qeyd edək ki, “ZAURla GÜNAYdın” verilişinin yanvarın 28-də yayımlanmış buraxılışında “yatan” qadının sosiska ilə oyadılması birmənalı qarşılanmayıb, bəzi media qurumları və sosial şəbəkə istifadəçiləri bunun “pornoqrafik material” olduğunu bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub