Müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımova ilə barışmaları haqda danışıb.
Mynews.az-ın məlumatına görə, sənətçi “Hər şey daxil” verilişində bildirib ki, bu barışıq süni yox, həqiqətən baş verib:
“Heç kim ortada olmadı, bizi heç kim barışdırmadı. Sadəcə son günlər ərafımızda lazımlı insanlar olduğu üçün bir-birimizə düzgün xəbərlər çatırdı. Onun dediklərini mənə, mənim dediklərimi ona olduğu kimi çatdırırdılar. Bir-birimizi bir neçə aydır eşidirik. Məclisdə də söhbət elə alındı ki, mənə söz verildi. Söhbəti elə apardıq ki, başladıq birlikdə söhbət etməyə. Dostumuz Faiq Ağayev ortada oturmuşdu və durdu ki, ikiniz əyləşin. Bizi yaxınlaşdırmaq istəyirdi. Biz 4 saat əllərimizi tutub dayandıq. Mənim bağlanmamış söhbətlərim var idi. Bunu etmədən, heç bir barışıq ola bilməzdi. Etdik və alındı”. (Axşam.az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub