ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan rəqqasə Fatimə maraqlı açıqlamalar verib.
O, əvvəlki cəsarətli rəqslərinə son qoymasının səbəblərini açıqlayıb, yaşadığı çətin günlərdən söz açıb:
"O Fatimə mən deyildim, bugünkü Fatimə mənəm. Ailədə necə doğulub tərbiyə alırsansa, o cür olursan. Oriental rəqslər barədə səhifəni həyatımdan silmişəm. Övladlarıma görə unutdum. Bizim mentalitetimizə yaraşmayan rəqsdir. Hər dəfə deyirəm danışmayacam bu haqda, amma yenə danışacam. Elə bir an olur ki, adam bilmir necə olsun. Hər kəs - dost-tanış, qohumlar və s səndən üz çevirir. Yanında kimsə olmur. Anan da bankrot olur, deyir ki, özümü öldürəcəm. Buna şükür edirəm ki, Allah məni başqa yola əl atmağa qoymadı. Öz əziyyətimlə övladımı böyütdüm".
Rəqqasə ailəsindən və atasının ölümündən danışıb:
"Ailədə çox çətin durumdaydıq. Atam öləndən sonra ailədə böyük dəyişikliklər oldu. Anam öz ixtisası üzrə işləmirdi, öz biznesi var idi. Atamdan sonra bankrot olduq. Atam 1 ay ərzində öldü. Pis xəstəliyə tutuldu. Atam sağ olsaydı, sənətdə bu qədər irəliləməzdim. Ona çox bağlıydım".