Qəssab köməkçisi necə restoranlar sahibi oldu? - FOTOLAR

746
Qəssab köməkçisi necə restoranlar sahibi oldu? - FOTOLAR

Nusr-et Steak Houseların yaradıcısı Nusret Gökçe sıfırdan başladığı karyerasını əmin addımlarla yüksəldərək bu gün yemək mədəniyyətində böyük uğurlara imza atmağa davam edir. Paylaşdığı video sayəsində viral olaraq ictimai mediada böyüyən Nusretinşəkilini ən sonunda Bruno Marsın da paylaşmasıyla məşhurluğu dünyaya yayıldı. Artıq restoranlarının sayını artıraraq biznesini böyüdən Nusretin müvəffəqiyyət hekayəsini sizin üçün hazırladıq.

Təhsil almadan işə başladı

Milli.Az bizplus.az-a istinadən bildirir ki, beş qardaşın sondan ikincisi kimi dünyaya gələn Nusret Gökçe, ailəsindəki maddi imkansızlıqlar səbəbiylə orta məktəbi təhsilini yarıda qoyduqdan sonra qəssab olan böyük qardaşının da köməyi ilə qəssab köməkçisi kimi işə başladı. 13-14 yaşlarında Günaydın Kasapda uzun müddət köməkçi olaraq çalışan Nusretin ilk başlarda ətə toxunması belə qadağan idi. 2007-ci ildə qəssab-restoran tipində xidmət verən bir məkanda işə düzəlməsiylə karyerasını da inkişaf etdirməyə başlamışdı.


Ət kəsməyi ilə müştərilərin marağını çəkməyi bacaran Nusret, daha sonra bir müştərisinin də köməyiylə ətlə əlaqədar bütün detalları öyrənmək üçün son maaşını alıb 2009-ci ildə Argentinaya gedir və orada üç ay ərzində yaşayır. Fermaları, qəssab dükanlarını və restoranları da gəzərək özünü inkişaf etdirən Nusret, Türkiyəyə qayıdan zaman öyrəndikləri sayəsində qəssab-restoran anlayışına bir sıra yeniliklər də gətirdi. 2010-ci ildə Amerikaya da getmək üçün müraciət edir və çətin də olsa getməyi bacarır. ABŞ-da yaratdığı menyu New York Timesda nümayiş olunur.

Öz restoranını açır

Türkiyəyə yenidən qayıtdıqda isə artıq hədəfi öz restoranını açmaq idi. Bunun üçün bir çox məşhur adamla görüşən Nusret, qərarsız qaldığı bir anda Mithat Ərdəmi evinə avtomobillə təklif etdiyi üçün səmimi qarşılanır və ortaqlıq təklifi alır.
2012-ci ildə isə yenə bir başqa müştərisi olan Ferit Şahenk (Doğuş Qrupu), Nusretə ortaq olur. Hazırda İstanbulda Etiler, Bebek, Nişantaşı olmaq üzrə üç fərqli mövqedə restoranı olan Nusretin eyni zamanda Ankara, Bodrum və Dubayda da fərqli şöbələri var .

 

Paylaşımları viral olur

Nusret, həmçinin Instagram və Twitter hesabında paylaşdığı video və şəkillərlə də diqqətləri öz üzərinə çəkməyi bacarır. Ən son paylaşımında kəsdiyi T-bone Steak ilə böyük maraq görən və videosu viral halda yayılan Nusret haqqında Bruno Mars da videosundan bir ekran görünüşünü götürərək paylaşıb.

Xəbər lenti