Bu gün Azərbaycanda gözəllik sahəsini peşəkar vizajist İlahə Hacıyevasız təsəvvür etmək mümkün deyil. O, çox qısa zamanda öz sahəsinin ulduzuna çevrilib.
Mynews.az xəbər verir ki, İlahə Hacıyeva professional vizajist olmaqla yanaşı, öz peşəkarlığını daha da yüksəltmək üçün mütəmadi olaraq xarici ölkələrdə keçirilən seminarlarda iştirak edir. Bakıda arzu edən hər kəsə make-up əsaslarını öyrətməklə yanaşı, eyni zamanda “Ilaha Hajiyeva” adı ilə istehsal olunan makiyaj üçün öz şəxsi fırça markasının da təsisçisidir. Onu da qeyd edək ki, İlahə Hacıyeva özünün ükskluziv makiyaj xətti ilə make-up fırçaları təsis edən ilk azərbaycanlı vizajistdir. İlahə xanımın bu addımı nəinki Bakıda, hətta onun hüdudlarından kənarda da geniş rezonans doğurub.
Sosial şəbəkələrdə də aktivlik göstərən İ.Hacıyevanın yaradıcılıq baxımdan heyranlıqla qarşılanan fəaliyyətlərini aşağıdakı instagram hesablarından izləmək mümkündür – @ilahahajiyeva və@ilahahajiyeva_makeup_studio.Yuxarıda göstərilən səhifələrdən qeydiyyatdan keçməklə İlahə Hacıyevanın Azərbaycan xanımlarına daha da cəlbedici görkəm bəxş edən vizaj möcüzələri ilə tanış ola bilərsiniz.
Azərbacanlı vizajistin fəaliyyətləri dünyaca məşhur bloggerlərin də diqqətindən kənar qalmayıb. Onlardan Yaxın Şərqin ən məşhur beauty-bloggeri Hudu Katanı qeyd etmək olar ki, öz səhifələrində davamlı olaraq İlahə Hacıyevanın işlərini izləyiciləri ilə bölüşür. Eyni zamanda İlahə Hacıyevanın işlərinə bir çox beynəlxalq beauty-səhifələrdə də rast gəlirik ki, bu da öz növbsində azərbaycanlı peşəkar vizajistin beynəlxalq gözəllik sferasında qəbul edilməsi və rəğbətlə qarşılanması deməkdir.
Gündəlik, gecə makiyajı, ərəb və klassik makiyajın ən müasir vizaj-trend nümunələri ilə gözoxşayan İlahə Hacıyeva qarşısında hec bir əngəl tanımadan öz işləri ilə yeni-yeni beauty-üfüqləri uğurla fəth etməkdədir.
Bütün xanımlara fərdi yanaşmaqla çalışan İlahə Hacıyevanın hər bir make-up işi sözün əsl mənasında ayrı-ayrılıqda bir eksklüzivdir. Odur ki, İlahə Hacıyevaya müraciət edən hər bir xanım nəinki daha baxımlı və gözəl olacaq, həm də vizajistə yenidən, daha tez-tez müraciət edəcək.
Ilaha Hajiyeva Make-Up Studio Afiyəddin Cəlilov küçəsi 26-da (Megafun Əyləncə Mərkəzinin yanında) yerləşir. İlahə Hacıyevanın make-up studiyasının fəaliyyəti haqqında daha geniş məlumatı “Facebook” və“Instagram” sosial şəbəkələrindən əldə edə bilərsiniz. Əlaqə nömrələri: 050 477 99 69, 051 511 89 86.