Dünya Tv-də “Gecənin səsi” adlı verilişində qalmaqallı hadisə yaşanıb.
BiG.AZ xəbər verir ki, Məhəbbət Kazımovu yad etmək üçün yığışan sənət dostları onun itkisindən daha ağır bir olay yaşayıblar. Belə ki, əməkdar artist Ehtiram Hüsyenov verilişin aparıcısı Natiq Dağlaroğluna çəkilişdə iştirak edənlərlə bağlı suallar yönləndirib. Bundan sonra xoşəgəlməz durum yaranıb.
Qəribə olayın şahidi Cahangir Ağsulu bu haqda öz fb səhisfəsində qeyd edib ki, Ehtiram aparıcıdan soruşdu, Məhəbbət kazimov haralıdır? Natiq müəllim də “qarabağlı”dır deyə cavab verdi.
Sonra isə Ehtiram Azərbaycanın sayılıb-seçilən çox hörmətli bir müğənnisini göstərərək, “bəs bu haralıdır “- söylədi.
Natiq Dağlaroğlu “şirvanlı” qardaşımızdır deməyinə peşman oldu.
Ehtiram onun üstünə çox kobud şəkildə qışqıraraq, “şirvanlı hara, qarabağlı məclisi hara? qarabağlı məclisində qarabağlı oxumalıdır” dedi.
Sonra da Natiq Dağlaroğlunu təhqiranə, əxlaqsızcasına söyüşlərlə söyüb, zalı tərk etdi. /A24.Az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub