“Həzm edə bilmirlər və hamının arxasınca min cür söhbətlər edirlər. Onların içində mən də varam. Bilirəm ki, mənim arxamca nə qədər söhbətlər gedir, nə qədər şayiələr, nə qədər yalanlar, nə qədər böhtanlar var. Məni həzm edə bilməyənlər çoxdur. Deyirlər ki, "Niyə Vasif Məhərrəmli əməkdar artistdir?". Əmək sərf edib axı... Sən də sərf elə, ol”.
Mynews.az axşam.az-a istinadən məlumatına görə, bu sözləri əməkdar artist Vasif Məhərrəmli “Virtual həyat” verilişinə açıqlamasında söyləyib.
Müğənni arxasınca danışanların, onun paxıllığını çəkənlərin çox olduğunu deyib:
“Çəkmə paxıllıq. İşlə məşğul ol! Mən kiminsə getdiyi toyları sayası deyiləm ki. Bir müğənni məşhur olsun, sevilsin, tanınsın, toya getməsin, o zaman bütün müğənnilər başının tacı olacaq. Bir müğənni tanınsın, toylara getsin, bütün müğənnilərin düşməni olacaq. Bu, danılmaz faktdır. Bəzi müğənnilər, hətta onların əksəriyyəti deyirlər ki, kaş bütün müğənnilər qırılaydı, yüz toyun yüzünə də mən musiqiçi qoyaydım. Hərəsində də gedib on dəqiqə oxuyaydım, hamısı mənim olaydı”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub