Aparıcı Elgiz Əkbərlə veriliş zamanı aralarında münaqişə yaşanan müğənni Lətifə Soyuöz yenidən “Səhər-səhər”ə qonaq olub.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, lətifə aparıcının dediyi “Bu nədi geyinmisən? Hər şey bayırdadı?” sözlərinin ona problem yaratdığını deyib:
“Bir neçə gündür ailəmlə birlikdə stress yaşadım. Anam, ailəm narahat oldu. Düşünürəm ki, artıq “Eurovision” keçirən ölkədə şortik, qısa geyim müzakirə edilməməlidir. Biz çox mentalitet söhbəti edirik. Şərhlərdə elə sözlər yazıblar ki... Gedib bizim musiqini müzakirə etsinlər ki, nə gündədir?
Ailəm geyimimi qınamır. Mənim stilim üzərində ən yaxşı modelyerlər çalışır”.
E.Əkbər bildirib ki, həmin an işlətdiyi sözlərə sonra özü də təəccüblənib:
“Onu saytlarda görəndə şok oldum. Düşündüm ki, necə deyə bilərəm? Səs-küyə səbəb oldu. Ananın əllərindən öpürəm. Bütün günü kanallarda nümayiş etdiririk dünya ulduzlarının geyimlərini. Bizim qızın da gözəl səsi, istedadı var. Anadan belə gözəl doğulub nə edək? Bu geyim ancaq səhnədə ola bilər. Bunlar artistdir, onlara olar. Amma çoxu səhnə ilə həyatı səhv salırlar. “Eurovision” keçirdik deyə, qısa geyinək? Bunla razı deyiləm. Bəziləri də televizorda görür, düşünür ki, çılpaq gəzmək olar".
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub