Müğənni Sevil və Sevinc Səfərova bacıları "Xəzər" TV ilə yollarını ayırıblar.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə onlar özləri məlumat veriblər.
Bacılar bildiriblər ki, sabah "Hər şey daxil" verilişində sonuncu dəfə efirə çıxacaqlar:
"4 il sonra, yəni sabah saat 10:00-da canlı efirdə vidalaşırıq".
Xəbəri əkizlərlə birgə verilişi aparan prodüser Tolik də təsdiqləyib. O, əməkdaşımızla söhbətində bildirib ki, bu, bacıların öz qərarıdır:
"Mən də proqramı tək aparmayacam. Amma kiminlə aparacağım hələ ki, bəlli deyil. Sevil və Sevinc isə müğənnilikdən daha çox aparıcı kimi məşhurlaşdıqları üçün rəhbərliklə danışıblar və bundan sonra sənətləri ilə məşğul olmaq qərarı veriblər".
Qeyd edək ki, bir müddət əvvəl əkizlər "5/5" verilişində bildiriblər ki, şou-biznesdə uzun müddət qalmayacaqlar:
"Biz uzaqlaşıb ailə həyatı quracağıq. Uzağı bundan sonra bir il bu şou-biznesdə qalacağıq".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub