Müğənni Mətanət Əsədova “10-dan sonra” verilişində dünyasını dəyişən bacısından danışıb.
Mynews.az-ın məlumatına görə, sənətçi bacısına görə onu çox qınadıqlarından gileylənib:
“Bacım rəhmətə gedəndə məni daş-qalaq etdilər. Elə bil ki, vətən düşməniyəm. Ölüm hamının evində var. Məndən də belə çıxdı. Nə olardı bu hadisəni mənim səsimə qurban verərdilər”.
Görünüşündə dəyişiklik olan Mətanət xeyli çəki atdığını bildirib:
“Heç bir plastuk əməliyyat etdirməmişəm. 68 kiloqramdan 49 kiloqrama düşdüm. Sevincdən olmadı, stresdən yerdə yatdım. Heç kim inanmırdı ki, mən yerdən qalxım. Ölümün ağzından qayıtdım. Həkimlər də bilmirdilər nə etsinlər. Deyirdim, Allah canımı al, bu əziyyəti çəkməyim”.
M.Əsədova daha sonra efirdə oriental rəqs oynayıb.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub