Prodüser Tarix Əliyev qalmaqal yaşadığı müğənni Nadir Qafarzadə ilə "WhatsApp" yazışmasını yayıb.
Mynews.az-ın məlumatına görə, Tolik sənətçinin ittihamlarının ona aid olmadığını bildirib
"Buradan bütün saytlara, məni müzakirə edənlərə deyirəm. Kimin sübutu varsa, çıxıb qabağıma desin. Mən başqaları kimi nədənsə qorxub susa bilmərəm.
Nadirin dərdi tacdır. Əcəb eləmişəm! Nadir əlini qatlasın ki, bu ölkədə nə edib? Bu ölkə üçün nə iş görüb? Mahnı oxuyub, toylara gedib və pul qazanıb, əcəb edib. Mən lazım olan orqanlara şikayətimi yazıb və adımın belə şeylərdə hallanmasından narahat olmağımı haçansa dilə gətirməliydim. Bu da oldu.
Nadir kişidirsə, ad çəksin, desin ki, dediklərimi Tolikə ünvanlamışam. Bu tac nə böyük şey olub ki, girib gözlərinə? Neyniyək ki, əməkdar artist adını sənə vermirlər. Çünki dövləti sevmək, ona bağlı olmaq, mədəniyyətini təbliğ etmək lazımdır. Bizim nə günahımız? Ay Nadir, iki gün əvvəl mənə yığıb - “Tolik sən kişi oğlusan, sənə dəyər verirəm” deyən sən deyildin? İndi nə oldu ki, pis oldum? Məni tanıyanlar tanıyır”.
Qeyd edək ki, daha sonra Tolik paylaşımını İnstaqram səhifəsindən silib. Onun ardından isə Nadir də yazdığı ittihamların yer aldığı paylaşımını yığışdırıb.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub