"Toppuş bacı" ləqəbi ilə tanınan əməkdar aktrisa Tünzalə Əliyevanın avtomobilinə həbs qoyulub.
Mynews.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, aktrisa bu barədə "Zaurla Günaydın" verilişində bildirib.
"Dekabrın 4-də "Hummer" markalı maşını aldım. İnternetdən bəyəndik, yoldaşım adamla tanış oldu və maşını araşdırdıq. Getdik polisdən də öyrəndik ki, borcu yoxdur. Dekabrın 7-də məhkəmədən qərar çıxdı ki, maşına həbs qoyulsun. Yanvarın əvvəlində bizə bu xəbər gəldi. Polis yolda saxladı ki, banka borcunuz var, avtomobiliniz həbs olunur. Haralara getdik, axırda bildik ki, banka kredit borcu var imiş.
Maşını aldığımız adamın da xəbəri yox idi. Üç aydır maşını alıb, xəstələnib, satır. Maşını 2012-ci ildə alan adamın borcudur. 23 min 500 manat nəğd ödəmişəm. Ümumilikdə 25 minə başa gəlib. Problem odur ki, maşın indi mənim deyil. Ulduzluğuma görə maşın dəyişmədim. 2008-ci ilin maşını idi. Bundan əvvəlki "Pajero"m benzinlə işləyirdi. Böyük maşın istədik ki, xınaya gedəndə dekorasiyanı içərisinə yığa bilim", - sənətçi söyləyib.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub