Azərbaycanlı stilist, əvvəl/sonra layihəsi ilə bütün dünyada məşhurlaşmış Anar Ağakişiyev yeni işini sosial şəbəkələrdə təqdim edib.
Oxu.Az xəbər verir ki, bu dəfə before/after layihəsinin qəhrəmanı 11 yaşında bədbəxt hadisə nəticəsində sifəti eybəcər hala düşmüş azərbaycanlı qadın olub.
“18 illik təcrübəmdə ən ağır və təsirli işim. 11 yaşında onun başına bədbəxt hadisə gəlib və heç zaman özünə makiyaj etməyib. İlk dəfə ona makiyaj etdim və güzgünü bağlamaq qərarına gəldim. Gəlin bir-birimizə xoş təəssüratlar bağışlayaq. Gəlin bir birimizi xoşbəxt etməyə çalışaq. Çox şadam ki,ona bu sevinci bəxş edə bildim”, - deyə, A. Ağakişiyev yazıb.
Qeyd edək ki, gün ərzində videoya baxış sayı 2 milyonu ötüb və “İnstagram”da digər populyar blogerlər tərəfindən də paylaşılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub