Xalq artisti Rafael Dadaşov tədbirlərin birinə müğənni qızı Səidə Dadaşova ilə qatılıb. Qızını müşayiət edən aktyor müsahibə zamanı da onu tək buraxmayıb.
Suallarımızdan ehtiyatlanan aktyor “yanımda danışın”- deyərək, şəxsi məsələlərə toxunmamağı xahiş etdi.
Səidənin yenicag.az-a müsahibəsini təqdim edirik.
– Çox vaxt tədbirlərə atanla bərabər gəlirsən…
– Mən atama çox bağlıyam; o, mənim nəfəsimdir.
– Adətən, uşaq vaxtı valideynlər övladlarına öyüd-nəsihət verirlər. Bu gün necə, atanın öyüd-nəsihətləri olurmu?
– Hansısa bir addımı atanda onunla məsləhətləşirəm, həmişə yol göstərib. Atamın uşaq vaxtı mənə dediyi sözlər hər zaman qulağımda sırğa olub.
– Hansı sözləri nəzərdə tutursan?
– Deyirdi, hansı peşəni seçirsən-seç, işinin peşəkarı ol və birinciliyi əldən vermə.
– Atanız mahnı seçiminə müdaxilə edirmi? Heç olubmu ki, desin, Səidə bu mahnını oxuma.
– Olub. Çox vaxt səsyazma studiyalarına atamla bir yerdə getmişik. İfa etdiyim musiqini dinləyib və öz fikrini bildirib. Əgər ifa tərzim, ya nəsə onun xoşuna gəlməyibsə, iradlarını da deyib. Onu da qeyd edim ki, atamın musiqi anlayışı çox güclüdür.
– Bəs bu iradlara reaksiyan necə olub?
– Nə gizlədim, səhnəyə təzə çıxan vaxtlarda onun iradları xətrimə dəyirdi, ağlayırdım. Amma iki dəqiqə keçən kimi atam boynumu qucaqlayıb, ürəyimi ələ alırdı. Kefimi açmaqdan ötrü deyirdi, istəyirsən sənin üçün pul cırım. Amma sonralar başa düşdüm ki, o, bunu mənim yaxşılığım üçün edir və inciməyə dəyməz. Ümumiyyətlə, insanın dostu, əzizi onu tənqid edirsə, bunu onun yaxşılığı üçün edir. Şərt o deyil ki, hər zaman dost adamı güldürsün… Atamın bir sözünü də unutmuram. Deyirdi ki, “heç vaxt özündən demə, qoy səndən desinlər”. Atam özü də belə insandır. Baxmayaraq ki, böyük sənətkardır, xalq artistidir, amma bir dəfə də olsun özünü tərifləməyib.
– Elə bir səhvin olubmu ki, yalvararaq demisən ki, “ata, məni bağışla…”
– Yalvarmaq deyəndə ki, uşaqlıqda hər kəsin səhvi olur. Ümumiyyətlə, səhvsiz insan olmur. Nəyisə düzgün etməyəndə gəlib atama demişəm ki, “ata, məni bağışla, bir də bu səhvi təkrarlamayacam”. O da məni bağışlayıb.
– Efirə niyə az-az çıxırsan?
– Müğənni olmaqla bərabər, həm də anayam, övladım çox kiçikdir. Ona çox vaxt ayırıram.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub