"Uzun illər Türkiyədə yaşamışam. Dəniz Səkinin prodüseri olmuşam. Hətta bir dəfə "Kurtlar vadisi Pusu" serialında çəkilmişəm".
Mynews.az-ın Axşam.az-a istinadən məlumatına görə, bu sözləri aktrisa Leyla Hümmətova "Klip+" a açıqlamasında deyib.
Uzun müddət Türkiyədə yaşayan və çalışan Leyla Azərbaycanda aktyorluğun zəif olmasından şikayətlənib:
"Dəniz Səkinin məhkəməlik işləri çox olduğu üçün Azərbaycana qayıtdım. Qərar verdim ki, özümü burada sınayım. Burada aktyorlara az pul verirlər. Sponsordan pul çox alınır, amma aktyora az verilir. Özüm də rejissoram. Bu işləri yaxşı bilirəm. Orada olan səviyyə başqadır. Burada seriallar cizgi film səviyyəsində çəkilir".
Leyla aparıcının "Aktrisa seçimində rejissorların ağlına hər zaman Pərvin Abıyeva gəlir. Səncə niyə" sualına belə cavab verib:
"Adamın gərək adamı olsun. Gözəl xanımdır, amma bəyənmirəm. Çox qurudur. Aktrisalıq fitri istedad deyil. Fitri istedad rejissorlarda olur. Aktrisa olmaq üçün o məktəbi keçmək lazımdır. Mənim müəllimlərim Hacıbaba Bağırov, İlham Namiq Kamal, Afaq Bəşirqızı, Laləzar Mustafayeva, Azər Zeynalov olublar. Bəlkə Pərvin bu məktəbi keçməyib. Bir-iki tanış olmaqla qabağa getmək olmaz. Reytinq qazana bilər, çünki gözəl xanımdır. Aktyorluğu oxusa, daha da yaxşı olar".
Aktrisa şəxsi həyatından da bəhs edib. O bildirib ki, həyat yoldaşından ayrılıb:
"Bir qızım var. Hazırda həyatımda heç kim yoxdur, olmasını da istəmirəm. İşlərimə kiminsə qarışmasını istəmirəm".
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub