Əməkdar artist Ədalət Şükürov illər öncə Azərbaycanı tərk etmək istədiyini bildirib.
Mynews.az xəbər verir ki, Yenicag.az-a danışan müğənni 18 ildən sonra özü ilə bağlı maraqlı bir faktı açıqlayıb:
"2000-ci illərdə Azərbaycana gələndə məni heç də xoş qarşılamadılar. Yolumu kəsdilər, sənətimə mane olmaq istədilər. Çox çətin bir vəziyyətə düşdüm. Həttə iş o həddə çatdı ki, "şələ-küləmi" yığışdırıb, birdəfəlik Azərbaycandan getməyə qərar verdim. Sonradan oturub fikirləşdim ki, çıxıb getsəm, "qorxub qaçdı" deyəcəklər. Tanıyanlar bilir ki, mən həyatım boyu heç nədən qorxan oğul olmamışam. Buna görə də qalıb mübarizə apardım. Bu gün də hamı ilə çox normal münasibətlərim var. Hər kəslə baryer saxlayıram və heç vaxt imkan verməmişəm ki, kimsə mənə qarşı hörmətsizlik etsin".
Əməkdar artist həmin adamları bağışlasa da, baş verənləri heç vaxt unutmayacağını bildirib:
"Bağışlamaq böyüklükdür. Hər adam bağışlamağı, üzr istəməyi bacarmır. Elə şeylər var ki, mən də bağışlayıram, amma heç nəyi unutmuram. Amma elə adamlar da var, onları heç vaxt bağışlamaq olmur".
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub