"Space TV"də yayımlanan "Hər səhər" verilişinin budəfəki qonağı xalq artisti Səməd Səmədov olub.
BiG.AZ xəbər verir ki, maraqlı açıqlamalar verən müğənni gənc yaşlarından oxumağa başladığını bildirib. İfaçı bəzi məqamlara da toxunub. O, aparıcının "Sizcə, İlham Quliyeva sağ olsaydı, məşhur "Ağ çiçəyim" mahnısını oxumağınıza icazə verərdimi?" sualına belə cavab verib:
"Mən "Ağ çiçəyim" mahnısını İ.Quliyevanın sağlığından ifa edirəm".
Daha sonra isə xalq artistimiz ikinci peşəsindən danışıb. S.Səmədov bildirib ki, o, peşəkar boksçu, futbolçudur.
Sonda isə S.Səmədov həmkarı Əli Mirəliyevlə bağlı sualları cavablandırıb. O, aparıcının Ə.Mirəliyevin haqqınızda səsləndirdiyi ittihamlara çox vaxt cavab vermirsiniz. Bu nə ilə əlaqədardır?" sualına "Əli Mirəliyevlə həmkar olsaq da aramızda səviyyə fərqi var. Mən onun ittihamlarına cavab versəm, səviyyəm aşağı düşər".

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub