Tanınmış gitara ifaçısı Rəhman Məmmədli ilə xalq artisti Rəmiş arasında səngiyən “müharibə” yenidən alovlanıb. Gitara ifaçısının “Xəzər” Televiziyasının “5/5” verilişində xalq artistinin ünvanına söylədiyi təhqiramiz ifadə Rəmişin həyat yoldaşı Gülünü özündən çıxarıb.
Belə ki, R. Rəhmanov Rəmişin ünvanına “artıq o isimdən , o mövzudan iyrənirəm” deyib.
Yenicag.az məsələyə münasibət bildirmək üçün Rəmişlə əlaqə saxlayıb. Dəstəyi yoldaşına verməyən Gülü sualımızı eşidər-eşitməz qəzəblənib:
“O kimdir ki, Rəmişin ismindən iyrənsin? Rəmişi milyonlar sevir. Biz də dünəndən onun ismindən iyrənirik. Rəmiş öz işində, öz kefində, öz dünyasındadır. O kimdir ki, onun sözlərinə reaksiya verək? Cavab versək, onu reklam etmiş olarıq. Heç Rəmişimə imkan vermərəm ki, kimlərinsə sözünü eşidib əsəbiləşsin, əhvalını korlasın. Mən verirəm onun cavabını, yazın ki, Rəhmanın sözləri külək kimi yanımızdan ötüb keçir. Heç vecimizə də deyil, nə istəyir danışsın”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub