ARB Ulduz-un "Virtual Həyat" proqramının növbəti müsahibi müğənni Orxan Babazadə olub.
İki kəlmənin orta yerində həmkarlarına söz atıb fikir tutan müğənni ətrafdakıların düşündüyü kimi özündənrazı bir insan olmadığını söylədi.
"Özümdən razı biri deyiləm. Sadəcə olaraq, qıraqdan elə görünür. Ola bilər ki, mənim duruşum, yerişim çox insanları aldatsın. Özümdən razı biri olmamışam, olmayacam da. Çünki mən görüb gəlmişəm. Sonradan görənlərdən deyiləm".
- Orxan, sənin bu evlilik məsələn də ki artıq qlobal problemə çevrilir. Söylə görək, bəs, nə zaman vağzalı çaldıracaqsan?
"Düşünürəm ki, bu il evlənim. Tez evlənən tez udur, deyirlər. Ona görə də istəyirəm tez evlənim. İstəyirəm ki, ata olum, sonra uşaqlarımın övladı olsun, baba olum. Artıq bu barədə düşünürəm".
- Deyəsən, evlilik üçün namizəd tapmısan ki, belə arxayın danışırsan.
"Əslində, namizəd var idi. Artıq yoxdur. Sadəcə, həmin xanım ailəmiz tərəfindən düzgün qarşılanmadı. Atam dedi ki, bizə yaraşan bir insan deyil. Ona görə də həmin xanımdan uzaqlaşdırdı".
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub