"Space TV"də yayımlanan "Hər səhər" verilişinin budəfəki qonaqları müğənni Yeganə və əməkdar artist Novruz Qartal olub.
BiG.AZ xəbər verir ki, aktyor N.Qartal seriallarda rol almamasının səbəbini açıqlayıb. O bildirib ki, seriallarda oynamaq istəsə də, hələ ki belə bir təklif almayıb.
Türkiyəli iş adamına ərə gedən müğənni Yeganə də bir sıra açıqlamalar verib. İfaçı deyib ki, ən çox klip çəkdirən müğənnilərdəndir:
"40 professional klipim var. Bu sənətə gəlməyimdə anama borcluyam. Atam müğənni olmağımı istəmirdi. Anam atamdan xəbərsiz 4 il məni musiqi məktəbinə aparıb gətirib".
Müğənni Yeganə həyat yoldaşından danışıb:
"Ərimdən "Haralısan?" deyə soruşanda ağsuluyam deyir. Ağsu da mənim anadan olduğum rayondur".
Qeyd edək ki, Yeganə bir müddət əvvəl “Ömür boyu təyyarədə gedirəm, həm də biznes-klass. Mən avtobusa yaraşmıram" açıqlaması ilə gündəmə gəlmişdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub