Xalq artisti, xanəndə Könül Xasıyeva 2 ildən çoxdur ki, səhhətindəki problemlərlə mübarizə aparır. Çıxışlarının birində "Özümü çox pis hiss edirəm. Onurğa sütunumda problem var. Bundan başqa şəkərim var. Öz ağrı-acılarımın mətbuata çıxmasını istəməzdim. Bu, mənim problemimdir. İstəməzdim ki, məni belə görsünlər. İndi ağrılarım çoxdur, Vallah çox danışa bilmirəm. Hər gün ağrıkəsici vurulur. Ümidim bir tək Allaha qalıb. O, mənə kömək olsun"- deyə bildirib.
Xalq artisti sistem altında olduğunu bildirib. Təəssüf ki, danışmaqda çətinlik çəkdiyi üçün müalicəsi ilə bağlı ətraflı məlumat ala bilmədik.
Qeyd edək ki, Könül Xasıyeva 1968-ci il mart ayının 17-də Şəkidə anadan olub. 1981-1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində xalq artisti Şövkət Ələkbərovanın tələbəsi olub. 1986-1991-ci illərdə təhsil alıb-məzun olduğu Azərbaycan Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyası) xalq artisti Arif Babayevin tələbəsi olub. Xanəndə onurğa iflicindən əziyyət çəkir və hazırda müalicə alır. Aparıcı Hacı Nuran Hüseynovun "Həyat" Xeyriyyə Fondu muğam ifaçısının müalicəsinə dəstək olur.(Modern.az)
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub