Uzun müddətdir müğənnilik fəaliyyətini Moskvada davam etdirən Rəqsanə İsmayılova instagram hesabında izləyicilərini paylaşdığı videosu ilə heyrətləndirib.
BAKU.WS xəbər verir ki, İsmayılovanın həyat yoldaşı “Sevgililər günü” üçün ona müxtəlif zinət əşyaları bağışlayıb. Rəqsanə bu anları telefonun kamerasına həkk edərək sosial şəbəkədə bölüşüb.
Sözügedən videoda bir çox brilliant üzük, sırğa, qolbağı və boyunbağılar yer alıb.
“Hər şey üçün çox sağ ol, nə yaxşı varsan. Sevgililər günü üçün olan hədiyyələr gəldi. Allah bütün qadınları xoşbəxt etsin. Bu həyatda zinət əşyası, qızıl - hər şey boşdur. Əsas odur ki, məni xoşbəxt eliyən insan - həyat yoldaşım var. Övladlarımın arxasında olan, onların qeydinə qalan, onları düşünən insan... Çox sağ ol F. (həyat yoldaşının adının baş hərfi - red.). Yuxudan oyananda mənə belə bir sevinc yaşatdın, səni çox istəyirəm. Xoşbəxtlik hər kəsin haqqıdır. Həyat yoldaşı demək, arxan, kürəyin var deməkdir. Mənim də payımda sən varsan. Xoşbəxtliyimi sənə borcluyam” deyə, Rəqsanə paylaşdığı video şərh yazıb.
İsmayılova paylaşdığı videoya yazılan tənqid və təhgirləri görüb, şərh bölümünü bağlayıb. Sizə təqdim edəcəyimiz həmin videoya 7 mindən çox bəyənmə gəlib.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub