“ATV maqazin onlarla” verilişinin müxbiri Ruslan Ağayev “Instagram” səhifəsində müğənni Elnarə Xəlilova ilə fotosunu paylaşıb.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, “Hit-Parad” rubrikasının növbəti qonağı olan Elnarənin başındakı gümüşü rəngli tac diqqət çəkib.
Prodüser Tarix Əliyev (Tolik) həmin paylaşıma “Daha bilmədi nə ilə gündəmə gəlsin” sözlərini yazıb.
Elnarə isə ona “Elnarə elə həmişə gündəmdədir. Ola bilsin sənin gündəmində deyil” cavabını verib.
Tolik daha sonra sözlərinə bunları əlavə edib:
“Vallah, tacla gündəmdə qalmaqdansa, qalmamaq yaxşıdır. Sənin, maşallah, səsin, sənətin var. Bəziləri kimi buna ehtiyacın yoxdur. Amma özün buna şərait yaradırsan. Mənim sözümü deməyə və kiməsə irad tutmağa bu aləmdə haqqım var.
Ən azından mən bu sənətdə çox işlər görmüşəm. Sənin verilişində ən çox qonaq olan prodüser mənəm”.
Qeyd edək ki, Tolikin Xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoyması Nadir Qafarzadə ilə onun arasında qalmaqal yaşatmışdı.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub