20 il öncə yaşanan zorlanma hadisəsini ört-basdır edən məşhur Hollivud meneceri Cil Mesik intihar edib.
Mynews.az xəbər verir ki, son zamanlar keçmişdə yaşanan zorlanma hadisələrinin ortaya çıxması ilə çalxalanan Hollivudda ən çox günahlandırılan isə prodüser Harvey Veynşteyn idi.
Onu günhalandıran daha bir şəxs isə Roz Makqoan olub. 1997-ci ildə Sandans Film Festivalı zamanı Veynşteynin onu zorladığını bildirən Roz bütün detalları 30 yanvarda çıxardığı “Cəsur” adlı kitabında yazıb.
Kitabda bildirilir ki, zorlanma hadisəsindən sonra Cil prodüseri və Rozu səhər yeməyinə aparıb və hadisənin mətbuata çıxmasının qarşısını alıb. Bu hadisədən sonra o, Harveylə altı il çalışıb.
Ötən günlərdə hadisənin ortaya çıxması ilə depressiyaya girən Cil Mesik dünən intihar edib. Onun intihar xəbəri gündəmə bomba kimi düşüb.
Yaxınları bildirib ki, Mesik “Cəsur” adlı kitabı oxuyandan sonra özünü günahlandırıb və həyatına son verib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub