İlk dəfə "İkinci şans" filmi ilə kamera qarşısına keçən, hazırda reytinqli seriallardan biri olan "Fazilet hanım ve kızları"nın baş rolunu ifa edən aktrisa Afra Saraçoğlu "Hürriyet" qəzetinə müsahibə verib.
Mynews.az Milli.az-a istinadən xəbər verir ki, aktrisa müsahibəsində şəxsi həyatı barədə danışıb. O, Özcan Dənizlə sevgili olması barədə yayılan məlumatlara görə məyus olduğunu söyləyib.
- Bir az ailənizdən bəhs edin.
- Atamla anam mən uşaq olarkən ayrılıblar. Yola gedə bilməyiblər. Atamı 9 yaşımda gördüm və üstündən 13 il keçəndən sonra bir dəfə də rastlaşdıq. İndi şöhrət qazanmışam. Çıxıb gəlsə, ata kimi qəbul etmərəm.
- Güvən probleminiz var?
- Bəli var. Cəmi iki münasibətim olub.
- Kişidə hansı xüsusiyyət sizi cəlb edir?
- Saposeksual deyilən bir anlayış var. Mən də eləyəm. Qarşı cinsin fikirləri, intellekt səviyyəsi məni daha çox cəlb edir.
- "Öpüşmərəm, erotik səhnələrə çəkilmərəm" kimi qadağalarınız var?
- İndi var. 20 yaşım var. Əsla sevişmərəm. 5,6 il sonra ola bilər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub