"Əsgərlikdə hərbi biletdən və bir dəfə avtomat atmaqdan başqa bir şey qazanmadım"
Mynews.az xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı, aktyor İlkin Həsəni olke.az saytına müsahibəsi zamanı deyib.
Aktyor vətənə xidmət etdiyi bir ili vaxt itkisi adlandırıb O, "Peşman olduğunuz, “kaş ki” dediyiniz nəsə olub?" sualına belə cavab verib:
"Əsgərlikdən sonrakı bir neçə il... Həm bir ilimi əsgərlikdə itirdim, həm də heç bir şey əldə etmədim. Hərbi biletdən və bir dəfə avtomat atmaqdan başqa bir şey qazanmadım. Hərbi xidmətə getməyə bilərdim, amma getdim. Bir il karyeramı itirdim. Peşmançılıq da deməzdim, sadəcə buna vaxt itkisi deyərdim. Sonra həyata adaptasiya olmaq dövrü çətin keçdi. 2-3 il sanki əlimi qolumu kimsə bağlamışdı ki, heç bir şey etmə, bütün gün yat. Sadəcə bir tənbəllik dövrü yaşadım. O dövrə peşmanam, kaş ki, o illər ərzində nəsə edə bilərdim".



1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub