Bu həftə "Kino evi"ndə incəliyi və aristokrat davranışları ilə seçilən, kino ilə yanaşı dəb tarixinə adını yazdıran aktrisa Audrey Hepburnun həyat və yaradıcılığına nəzər salınacaq. Hollywood ulduzu 4 mart saat 11:30-da Lider-in efirində kinoşünas, sevimli aktrisamız Fərqanə Quliyeva ilə müzakirə olunacaq.
"Kino evi"nin layihə rəhbəri, idea müəllifi və aparıcısı Zeynəb Abdullah, "Kino mətbəx" rubrikasının aparıcısı isə Nigar Şamilovadır. Rejissor və montajor - İBO, operatorlar - Aydın Məcidli və Kamal Məmmədov, fotoqraf Tamerlan Səmədovdur.
Veriliş 3 hissədən ibarətdir. Birinci hissədə tanınmış kino ulduzlarının müəmmalı həyatı haqqında məlumat verilir. İkinci hissə "Kino mətbəx" rubrikası adlanır. Həmin ulduzun obrazları xüsusilə də vizit kartı sayılan filmi, bizim hər hansı tanınmış sima ilə (aktyor, kinoşünas, rejissor) müzakirə olunur. Üçüncü hissə "Çək göstər" adlanır. Burada həvəskarlar tərəfindən çəkilən sosial çarxların, qısametrajlı filmlərin yayımlanmasına şərait yaradılır. Verilişin mahiyyəti əyləncəli və maarifləndirici xarakter daşıyır. Həftə ərzində kinoteatrlarda yayımlanacaq filmlərin afişası da nəzərdə tutulub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub