Müğənni Nura Suri “ATV maqazin onlarla” verilişinin “Hit-parad” rubrikasının qonağı olub.
Mynews.az-ın məlumatına görə, mahnıları sıralayan Nura sənətçilərlə bağlı sirlərini də açıqlayıb.
Sənətçi Zamiq Hüseynovu onuncu yerə layiq görüb, onun yeni mahnısını bəyənməyib. Müğənni Elnarə Xəlilovaya isə irad bildirib:
“Səhnəyə çox yaxşı gəlmişdi. Deməsin çoxuşaqlı anayam. Mən də çoxuşaqlı anayam və üç övladım var. Onları tək böyüdürəm. Elnarənin obrazı yoxdur, onu sevə bilmirəm. Heç bir obrazı yoxdur. Səsi gözəldir deyə oxuyur. Üzərində işləmir, heç nə etmir. Onda özünə yaraşmayanı görürəm. Özünə deməyə də ixtiyarım yoxdur. Onu başqa cür görmək istəyirəm”.
N.Suri Sevda Yahyayevanı təkrarçılıqda günahlandırıb:
“Sevdanın belə yaddaqalan mahnısı olmayıb. Bəsdi artıq, hər zamankı Sevdasan. Bir şey et, dəyişiklik et. Get rok oxu. Bəsdir, bu utancaq qız obrazından çıx”.
Nura Samir Cavadzadə ilə danışmadıqlarını etiraf edi:
“Yenə itib. Bu dəfə mən də onu axtarmayacam. İtməyinin səbəbi yoxdur”.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub