Xəbər verdiyimiz kimi, teleaparıcı Vüsalə Kərimovanın atası əməkdar artist Vaqif Kərimov xəstəxanaya yerləşdirilib.
Mynews.az xəbər verir ki, Vüsalə azxeber.com-a açıqlamasında atası ilə aralarında olan münasibətdən danışıb: "Atam çoxdandır xəstəxanaya yerləşdirilib. Onun adını mənə bağlamaları mənim üçün heç də xoş olmadı. O adam Azərbaycan mədəniyyətinə və incəsənətinə töhfə vermiş adamdır ki, prezidentin imzası ilə əməkdar artist adına layiq görülüb. Onun Vüsalədən başqa da övladları var, niyə məhz mənim adımı çəkirlər bilmirəm. O adam mənə atalıq etməyib"
Vüsalə Kərimova hər şeyə rəğmən atası üçün pis olduğunu dilə gətirib və ona şəfa diləyib:
"İrəvan Dövlət Dram teatrının direktoru İftixar Priyevlə əlaqə saxlamışam. Bundan da başqa Səhiyyə nazirliyinə zəng edib, xahiş etdim ki, həkimlər ona daha yaxşı nəzarət etsinlər. Mənim 41 yaşım var, 40 ildir ki, mən ata üzü görməmişəm. Mən dünyaya gəlməmiş anamla ayrılıblar. Heç vaxt mənə atalıq etməyib. Yad insanlar necə o da elədir.
Qeyd edək ki, əməkdar artist Vaqif Kərimov İrəvan Dövlət Dram Teartın aktyorudur.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub