Uzun müddətdir küsülü olan keçmiş “W-trio” qrupunun solistləri Natavan Həbibi, Röya Ayxan və Elnarə Xəlilovanın barışdığı iddia olunur.
Mynews.az-ın məlumatına görə, Natavan “Planet parni iz Baku” komandasının onları parodiya etdiyi videonu İnstaqram səhifəsində paylaşıb. Müğənni paylaşımına “Ay səni... Röya Ayxan və Elnarə Xəlilova, günün mövzusu. Sizi öpürəm” sözlərini yazıb.
Natavan paylaşımında şərh yerini də bağlayıb.
Qeyd edək ki, E.Xəlilova da bu günlərdə “Xəzər maqazin”ə açıqlamasında keçmiş rəfiqələrinin ünvanına təriflər yağdırmışdı. O, Natavan və Röyanın ünvanına “Bizim üçümüzün də əqidəmiz, amalımız, ürəyimiz birdir. Müxtəlif məsələlərə eyni yanaşırıq” sözlərini deyib.
Xatırladaq ki, rəfiqələrin küsməsinə səbəb Röya və Elnarənin Natavanın solo konsertinə gəlməməsi olmuşdu. Daha sonra isə onlar bir-birinin ünvanına sərt sözlər demişdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub