Qəfildən atasını itirən Damla hələ də sarsıntı içində olduğunu deyir.
Mynews.az bildirir ki, yenicag.az-a açıqlama verən Damlanın sözlərinə görə, atası son nəfəsində ona zəng edib:
"Toydaydım, qəfildən zəng etdilər ki, atanın vəziyyəti ağırdır, tez özünü çatdır. Toyu yarımçıq qoyub evə qaçdım. Amma məni qorxutmamaq üçün belə deyiblər. Demə, atam artıq dünyadan köçübmüş. Son nəfəsində onun yanında ola bilmədim. Buna görə özümü çox günahkar hiss edirəm. Rəhmətə gedəndən sonra onun telefonuna baxdım, gördüm ki, atam son nəfəsində mənə zəng edib. Halı o qədər pis olub ki, bir sıfır əvəzinə, iki sıfır yığıb. Buna görə də mənimlə əlaqə qura bilməyib. Bunu heç vaxt özümə bağışlamayacam. Ömrüm boyu məni yanıdıracaq ki, görəsən, atam son nəfəsində mənə nə deyəcəkdi? Niyə onunla danışa bilmədim. Övlad üçün yaxşı ata itkisi çox ağırdır".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub