Ötən gün əməkdar artist Nüşabə Ələsgərlinin Cənubi Azərbaycandan olan həyat yoldaşı Rza Toni ilə instaqramda paylaşdığı şəkil müzakirələrə səbəb olub.
Mynews.az "Qafqazinfo” xəbər verir ki, 50 yaşlı müğənninin sözügedən paylaşımı başına bəla olub. Belə ki, instaqram istifadəçiləri cütlüyü müzakirə etməyə başlayıblar. Onlar ifaçının ərinin ona yaraşmadığını, daha gənc göründüyünü qeyd ediblər.
Qalmaqallardan hər zaman uzaq olan Ələsgərli yazılan rəylərə bir-bir cavab verməyə başlayıb.
Sosial şəbəkə istifadəçisinin ərinin onun oğlu yaşıdda olması bağlı yazdığı şərh sənətçini özündən çıxarıb. O, izləyiciyə ağır söyüşlə cavab verib.
Müğənninin bu addımı digər istifadəçiləri də qıcıqlandırıb və N. Ələsgərli onların sərt reaksiyası ilə üzləşib. Əməkdar artist şərhlərin qarşısını almaq və müzakirələrə son qoymaq üçün sözügedən fotonu instaqramda silib.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub