ARB TV-nin "Səhər-Səhər” verlişinə gənc aktrisa Pərvin Abıyeva qonaq olub.
Aktrisa uzun zamandır haqqında yazılıb-pozulanlara cavab verib:
"Azərbaycanda ən çox çəkilən aktrisa mənəm. Az çəkilir amma bütün aktrisalardan bahalı maşın sürür deyənlərdən soruşun görün ki, onlar kinostudianın qapısını tanıyırlarmı?! Əgər 1 ildə 5 filmin qalasında sırf baş roldasansa bu heç də az deyil. İldə 50 min olanda olur qonararım. Ən bahalı maşını sürürəm yaxşı edirəm, əcəb edirəm. Getsinlər onlar da etsinlər. Maraqlı olan bilirsiz nədi, səni görəndə qucaqlayıb öpürlər, sən birdənəsən, gözəlim, kuklam deyirlər. Üzünü çevirməyə peşmansan, üzünü çevirən kimi həmin dəqiqə dalınca min söz danışırlar”.
Pərvin gəlirinin yalnız aktrisalıqdan gəlmədiyini deyib:
"573 min izləyicisi olan "İnstagram” səhifəm var. Bütün məhşurlar kimi mən də reklam yerləşdirirəm və fikirləşirəm ki, bunu niyə də havayı etməliyəm. Əgər mən bu insana qazandırıramsa, mən də qazanmalıyam. Reklam edirəm və reklamlara çəkilirəm. Sırf çəkilim deyə çəkilmirəm. Deyirəm bu qiymətə istəyirsən çək, istəmirsən çəkmə. Çünki mən də əziyyət çəkirəm. Filmdi çəkilirəm, serialdı çəkilirəm. Mən işləyirəm, əziyyət çəkirəm. Niyə də qazanmamalıyam ”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub