Müğənni Vasif Əzimov Sevil və Sevinc bacılarının yeni klipində xəyanətkar sevgili obrazında çıxış edib. Maraqlıdır, görəsən onun yeni obrazı təzə evlənən cütlüyün münasibətinə xələl gətirməyəcək ki?
Yenicag.az-a açıqlama verən Vasif yaradıcılığı ilə ailə münasibətlərini bir-birinə qarışdırmadığını deyib:
“Bu bir klipdir və klipdə sevgili kimi rol almışam. Yaradıcı adamam və mənim yaradıcılıq işlərimə heç kim müdaxilə etmir. Qaldı ki, həyatda xəyanətə, bunu heç bir halda qəbul etmirəm. Həm vicdan, həm də dini baxımdan kişinin qadınına, yaxud da qadının ərinə xəyanət etməsi yolverilməzdir. Demirəm ki, biz mələyik, məsumuq, günah işlətmirik. Yox, hər kəsin həyatında nələrsə olur. Lakin hesab edirəm ki, belə olmasa, daha yaxşıdır”.
Çox sərt və mühafizəkar olduğunu deyən müğənni xanımı qarşısında da sərt qadağalar qoymağını deyib:
“Mən heç vaxt xanımım qarşısında “bu belə olsun”, deyə, şərt kəsməyəcəm. Lakin qarşılıqlı anlaşma şəraitində biləcək ki, nə olar, nə olmaz. Vacib olan qarşılıqlı anlaşmadır”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub