Xalq artisti Könül Xasıyeva vida konsertinə hazırlaşır. Məşhur müğənni özü bu haqda milli.az-a danışıb:
"Mart ayında vida konserti verəcəyəm. Nə qədər ki, dilim söz tutur, oxuya bilirəm, istədim ki, vida konsertimi edim. Həm də martın 17-si 50 yaşım tamam olur. Allah qismət edəcəksə, olacaq. Yaşasam da, yaşamasam da 50 yaşım olacaq. Tamaşaçılarımla nəhayət ki, 3 ildən sonra görüşəcəyəm. Bundan sonra gücüm çatan qədər toylara gedəcəyəm, verilişlərə çıxacağam. Çünki oğlum Kazımı böyütmək məcburiyyətindəyəm", - deyə müğənni bildirib.
Qeyd edək ki, Könül Xasıyevanın konserti 16 mart Heydər Əliyev Adına sarayda olacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub