Aparıcı Sərxan Kərəmoğlunun müğənni Mətanət Əsədovanı efirdə öpüşlərə qərq etməsi böyük qalmaqala səbəb olub.
Sərxan Kərəmoğlu bu mövzuda onu tənqid edənlərə cavab verib:
"Tərbiyəsizlər! İlk növbədə gedin öz evinizdə qeyrətdən, namusdan danışıb, oranı düzəldin, sonra kiminsə həyatına burnunuzu soxun. Mətanət dostumdu, qardaşımdı, özümüz bilərik, öpmüşəm, əcəb eləmişəm. Qeyrətli oğlanlar və bizə tərbiyəsiz yazanlar, gedin evinizdə qızınızın, arvadınızın, bacınızın türk ulduzları gələndə özlərini yolanlara fikir bildirin. Və qeyrətinizi o zaman bildirin. Evinizdə flmlərdə öpüşmə səhnəsi gedəndə evdəkiləriniz bəlkə televizoru yalayır. Xəbəriniz olmur. Çünki sizin gözünüz onun-bunun orasında-burasındadır. Bəzi əli mənə çatmayan sənət adamlari "bu nə aparıcıdır?” deyə başqa profildən kommentlər yazırsız. Ayıb olsun sizə ki, sənətə gəlmisiniz”, deyə aparıcı sosial şəbəkədə yazıb.
Xatırladaq ki, "Lider TV"də yayımlanan "Evimin qonaqları” adlı proqramda aparıcı Sərxan Kərəmoğlu sənətçini "Ay Allah, nədir bu? Baldı, bal! Nə gözəl parfum vurub gəlmisən. Parfumunun dadı, özünün dadı, bədəninin dadı… 18 plyusdur, artıq hər şey eləmək olar” deyərək opüb. İzləyicilər isə hər iki sənətçinin hərəkətini tərbiyəsizlik kimi qiymətləndirərək onları tənqid ediblər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub