Müğənni Şəbnəm Tovuzlu “Hər şey daxil” verilişinə zəng edərək ona borclu olduğunu deyən satıcı qadının pulunu qaytarmayacaq.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, bunu ifaçı “Xəzər Maqazin”ə açıqlamasında deyib:
“Borcu olmayan insan yoxdur. Düzdür, mən əvvəl Bakıxanov qəsəbəsində yaşamışam. O xanımdan çox alver etmişəm, ona çox seyir vermişəm. Sonra mən oradan köçmüşəm, unuda bilərəm. Şəbnəm bu qədərmi aciz qaldı o 180 manatın qarşısında? Ağbirçək xanım aqressiv, tərbiyəsiz danışırsan. Mən elə düz dedim ki, haram olsun sizə. Evdən mənə zəng gəldi ki, ona dəyməz sənin zəng eləməyin. Ona lazımi yerdən cavabını verəcəyik və o pul həmin qadına verilməyəcək”.
Şəbnəm həyat yoldaşı ilə bağlı yazılan xəbərlərə də əsəbiləşib:
“Mənim ailəm öz evimin içindədir. Həyat yoldaşım da, övladlarım da özüm üçündür. Sizə maraqlıyamsa, məndən yazın. Həyat yoldaşımı göstərmirəmsə, əcəb edirəm, yaxşı edirəm. Şəxsi həyatım mənə aiddir. Mən onun qolunu, əlini paylaşıramsa, bunu da əcəb edirəm. Ərim bəzi düşüklər kimi özünü reklam etmir. Ağır, sanballı insandır. 39 yaşı var. “Hacı” deyiləndə elə bilirlər 50-60 yaşlı bir kişidir”.
1
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
1044 dəfə oxunub
2
Azərbaycan nefti ucuzlaşdı
1038 dəfə oxunub
3
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
983 dəfə oxunub
4
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
976 dəfə oxunub
5
Bu rayonda qarın hündürlüyü 85 sm-ə çatdı
956 dəfə oxunub