Müğənni Elnarə Xəlilova özünü "üçtaclı primadonna" adlandırıb.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, "ATV Maqazin onlarla" verilişinə danışan ifaçı şou-biznesdə tac mübahisəsinə son qoymaq istədiyini deyib:
"Üç taclı primadonna... Bundan sonra məni belə təqdim edin. Daha tacsız heç yana çıxmayacağam. Kimin kor qızından əskiyəm ki...Mən bu tac məsələsini yüngülləşdirmək üçün bunu edirəm. Çünki bu xəmir hələ çox su apara bilər. Mənim də tac taxmağım, özümə əda, işvə-naz etməyim çox su apara bilər. Əslində Nazpəri xanımın təklənməməyini istəyirəm, ona dəstək oluram. İnanıram ki, məndən sonra da bu tacı taxanlar çox olacaq. İstəyirəm tac məsələsinə burdaca son qoyulsun. Yeganə ifaçıyam ki, İlhamə xanımın sağlığında bu tacı taxmışam. İlhamə xanım bir kəlmə də mənə söz deməyib ki, bunu niyə taxırsan? Mənim üçün, sadəcə, sırğa, qolbaq kimi bir aksesuardır".
Qeyd edək ki, Tolikin "Hər şey daxil" verilişində xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoyması söz-söhbətə səbəb olmuşdu. Qalmaqala Nadir Qafarzadə, Elnarə Xəlilova qoşulmuşdu.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub