ATV telekanalının əməkdaşları və tanınmış simalar 8 yaşlı Hüseyn Fətullayev üçün səfərbər olub.
Mynews.az-ın məlumatına görə, tanınmış simalar uşaq serebral iflicindən əziyyət çəkən və həyatı təhlükədə olan Hüseynə dəstək kampaniyasına qoşulublar.
Bu məqsədlə videoçarx çəkilib və sosial şəbəkələrdə paylaşılıb.
Hüseyn ATV kanalının əməkdaşı, jurnalist Bəxtiyar Fətullayevin oğludur. 8 yaşlı Hüseyn Uşaq Serebral İflic (Serebral Palsy) xəstəliyindən əziyyət çəkir. Onun müalicəsi gecikir. Hüseynin əsaslı müalicəsi üçün 45-50 min dollar vəsait lazımdır.
“Biçarə valideyn umduğu yerdən dəstək görməyəndə, ümumxalq yardımına ehtiyac duyur. Bu məbləğ böyük olsa da, hər birinizin dəstəyi ilə HÜSEYNƏ kömək edə bilərik.
Biz onu sağlam həyata qaytara bilərik! Gəlin əl-ələ verib, bu günahsız körpəni ağrı-acılardan xilas edək! Axı onun da sağlam həmyaşıdları kimi gəzmək, oynamaq, oxumağa haqqı var! Dostlar, mümkünsə, müraciətimi özünüzün facebook, instagram səhifələrinizdə, xəbər saytlarınızda öz sözlərinizlə yerləşdirin.
Bəlkə, Allah rizası üçün hansısa zəngin, xeyirsevər insanlar Hüseynin müalicəsinə dəstək olmaq istəyər. Və İnşallah edəcəyiniz yaxşılıqların əvəzi sizə qayıdır. Hər birinizə təşəkkür edirəm!”, - deyə Bəxtiyar Fətullayev Facebook səhifəsindən etdiyi müraciətində bildirib.
Bank Respublika ASC
Kod: 508182 VOEN 9900001901
M/h: AZ80NABZ01350100000000014944
SWİFT: BRESAZ22
ADI: Baxtiyar
SOYADI: Fatullayev
IBAN: AZ17BRES00380194400144786301
——–
MİLLİÖN terminalları üzrə:
Bank Respublika ASC
Hesab nömrəsi (AZN): 380194400144786301
Hesab üzrə kod sözü: 09372782
——–
Hesab.az-da ödəmə etmək ucun:
Qeydiyyatli ve ya qeydiyyatsiz:
Bank Respublika ASC-ni seçin:
Hesab nömrəsi (AZN) yerinə: 380194400144786301
Şəxsiyyət vəsiqəsinin nomrəsi yerinə: 09372782
(BAKU.WS)
1
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
1044 dəfə oxunub
2
Azərbaycan nefti ucuzlaşdı
1038 dəfə oxunub
3
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
983 dəfə oxunub
4
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
976 dəfə oxunub
5
Bu rayonda qarın hündürlüyü 85 sm-ə çatdı
956 dəfə oxunub