Əməkdar artist Röya qadının ən gözəl yaş dövrünün 30-dan 40-a qədər olduğunu söyləyib.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, müğənni Azərbaycanda müasir kino sahəsinin inkişafından danışıb. O, yerli filmlərin çəkilməsini müsbət hal kimi qiymətləndirib:
"Filmlərin məni bir tamaşaçı kimi qane edib-etməməsi o qədər də əhəmiyyətli deyil. Ən önəmlisi odur ki, xoşdur. Çox şadam ki, Azərbaycanda da filmlər çəkilir. Məsələn, bu yaxınlarda dostlarımızla yeyib-içib və deyib güldükdən sonra "Bayram axşamı" filminə baxmağa getdik. Baxandan sonra əhval-ruhiyyəmiz daha da artdı. Ola bilər ki, birində yaxşı alınsın, birində yox. Bunun səbəbi də maddi problemlər ola bilər. Əsas odur ki, uşaqlar həvəslidirlər, getdikcə daha çox təcrübə toplayacaq və peşəkar olacaqlar. Əminəm ki, 5 ildən kinolarımız tamamilə başqa olacaq".
Daha sonra müğənni tənqidə münasibətindən də danışıb. Tənqidi sevməyən müğənni hər hansı məsələ barədə ancaq dostlarına fikir bildirməyi icazə verdiyini etiraf edib:
"Məni ancaq dostlarım tənqid edə bilər, onlara etibar edirəm. Onlara demişəm ki, əgər qocalanda efirə çıxıb ağzıma gələni desəm, gic-gic danışsam, məni oturdurub deyin ki, "Özünə gəl!" Yəni, "Ulduzsan, əcəb eləyib dedin" sözünü deməyəcəklər. Dostlarım da söz verib ki, məni səhv hərəkət etməyə qoymacaq".
Əməkdar artist yaş kompleksi olmadığını da vurğulayıb:
"Bu il 35 yaşım tamam olacaq, bunu qətiyyən özümə dərd etmirəm. Çünki qadının ən gözəl yaş dövrü 30-dan 40-a qədərdir. Bu illərdə qadın daha cəlbedici olur. 40-dan sonra qadın artıq daha müdrikləşir".
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub