Xalq artisti Səməd Səmədov həmkarı Tacir Şahmalıoğlunun “5/5” verilişində dediyi sözlərə münasibət bildirib.
Mynews.az xəbər verir ki, indiki zamanda özündən yaxşı ifaçı tanımayan T.Şahmalıoğluna Xalq artisti “Xəzər” TV-də prodüser Tarix Əliyevin aparıcılığı ilə yayımlanan “Hər Şey Daxil” verilişində bunları deyib:
“Hər müğənninin öz publikası var. Tacirin dinləyicilərini mən arxamca apara bilmərəm. O, gözünü açandan toylardadır. Amma mən olan yerdə onların heç birinə ehtiyac yoxdur. Məni daha çox elit təbəqə və şəhər camaatı tələb edir. Oxumaq və toyda çıxış etmək tamam başqa şeylərdir”.
O, bundan sonra duet oxumayacağını da bildirib:
“Duetlərdə padşaham. Amma söz vermişəm ki, daha heç kimlə oxumayacağam. Ancaq Rihanna və Cennifer Lopez milyon avro versə duet ifa edərəm”.
S.Səmədovun açıqlamasından sonra Tarix Əliyev onun dediklərinə münasibət bildirib. O, ifaçını qeyri səmimilikdə günahlandıraraq, adını çəkdiyi dünya ulduzlarının onu heç tanımadığını söyləyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub