“3 il... Dildə çox asan deyilir 3 il... Dedilər, torpağın üzü soyuqduq, keçəcək, öyrəşəcəksən, qəbul edəcəksən. Ana, amma başa düşmədilər ki, yara getdikcə göynəyir”.
Mynews.az-ın məlumatına görə, bu sözləri müğənni Sevda Sanəliyeva sosial şəbəkədə yazıb.
Anasının ad günü olan sənətçi hələ də onun üçün darıxdığını bildirib:
“Çətin günlərim, aylarım oldu, gözüm səni axtardı, ürəyim səni istədi, qulağım sənin məsləhətlərini eşitməyi arzuladı. Hətta sənin dilinlə özümü danışdırdığım oldu: “anam yanındayam” deyib, sənin nömrəndən özümə yazdığım anlar oldu. Qapında dəqiqələrlə durub açmağını gözlədim.
Özümə sənsiz sevinməyi, gülməyi yaraşdırmadım. Bu gün sənin ad günündür. Allah izn versə, nəvələrini böyüdənə kimi yaşamaq istəyirəm. Məni gözlə ana... Qucağında yatmağım üçün məni gözlə”.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub