79 yaşlı dünya şöhrətli aktrisa Ceyn Fonda zorlandığı etiraf edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, son vaxtlarda Hollivud şou-biznes ulduzları arasında feminizm yaman dəbə minib. Aktrisalar bir-birinin ardınca öz qadın hüquqlarını ucadan bəyan etməyə tələsir. Bunun üçün əks cinsin bostanına daş atmaq fürsətini də əldən vermirlər.
Əfsanəvi kino aktrisası Ceyn Fonda kişilər tərəfindən dəfələrlə zorakılığa məruz qaldığını etiraf edib: “Mən yanılmaq istərdim, ancaq uşaqlıqda zorlamağımla və müdirimlə yatmaqdan imtina etdiyinə görə işdən azad edilməyimlə bağlı xatirələr mənə rahatlıq vermir".
Aktrisa 12 yaşında yaşadığı dəhşətli hadisənin detalları barədə danışmasa da, xatırladıb ki, vaxtilə ona təcavüz edənlər öz cəzasını çəkib. Anası isə bu hadisədən sonra intihar edib.













1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub