Tanınmış aparıcı Vüsalə Kərimovanın mobil nömrəsi icazəsiz olaraq yaşadığı binanın sakinləri ilə paylaşılıb.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, "Azərsu"nun Mahir adlı əməkdaşı su sayğacının kodunu rahat əldə etmək məqsədilə binada yaşayan insanların şəxsi nömrələrindən ibarət "Whatsapp" qrupu yaradıb.
Aparıcının nömrəsini də həmin qrupa əlavə edib.
Kərimova bu barədə sosial media hesabında yazıb:
"O, çoxbilmişliyindən, özünə əziyyət vermək istəmədiyindən su sayğacının kodunu rahat əldə etmək məqsədilə binada yaşayan insanların şəxsi nömrələrindən ibarət "Whatsapp" qrupu yaradıb?! Belə şey görmüşdünüz? Adama deyərlər, sən kim olmusan ki, mənim nömrəmi 300 evlik binanın "Whatsapp" qrupuna yazırsan? Bu haqqı sənə kim verdi? Bunun mahiyyətini anlayırsan?"
V.Kərimova jurnalist və hüquqşünaslara səslənib:
"Siz bilərsiniz, bəlkə, bu su idarəsinin işçisi haqlıdır. Mənim nömrəmi paylamağa ixtiyarı var?"
Aparıcı daha sonra qeyd edib ki, Mahirin işdən azad olunması onu narahat etmir:
"O, mənim nömrəmi el-aləmə paylayanda narahat olmadığı kimi, mənim də vecimə deyil. Görəsən, Mahirin arvadının nömrəsini tapıb qonşulara versəm, bu qeyrət dağarcığının xoşuna gələr?"
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
410 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
401 dəfə oxunub
3
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
400 dəfə oxunub
4
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
399 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
398 dəfə oxunub